İran öz proksi qüvvələri üçün kimyəvi silah hazırlamağa çalışır

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz proksi qüvvələri üçün kimyəvi silah istehsal etməyə çalışır.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə ABŞ-nin Terrorizmə Qarşı Mübarizə Mərkəzinin eksperti Metyu Levit “Bild” qəzetinə müsahibəsində bildirib.

O, MKİ sənədlərinə əsasən, İslam Respublikası 1984-cü ildən Çin və Rusiya mütəxəssislərinin köməyi ilə kimyəvi silah istehsalı üzərində işlədiyini bildirib.

“ABŞ hökuməti öz xəbərdarlıqlarında sinir sisteminə xüsusi təsir göstərən və ilk baxışdan qeyri-müəyyən və ölümcül olmayan kimi görünən, lakin təcrübədə ölümcül ola bilən narkotik əsaslı kimyəvi silahlara istinad edir. Bu cür silahlardan biri fentanildən alınıb ki, Rusiya onu 2002-ci ildə çeçen terrorçuları Moskva teatrında yüzlərlə adamı girov götürəndə istifadə edib. Rusiya xüsusi təyinatlıları terrorçuları məhv edə bilsələr də, əməliyyat zamanı 130-dan çox insan həlak olub”, – deyə o bildirib.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More