“Qarabağ”ın sabiq müdafiəçisi özünü MMA-da sınamaq qərarına gəlib

“Qarabağ”ın sabiq futbolçusu Yakub Jezniçaka özünü qarışıq döyüş sənətində (MMA) sınayacaq.

Oxu.Az xəbər verir ki, polşalı veteran futbolçu bu barədə özü sosial şəbəkə hesabı üzərindən məlumat yayıb.

Jezniçak paylaşımında ilk görüşünün vaxtını da qeyd edib:

“Dekabrın 7-də FAME MMA-da Rocer Salla ilə qarşılaşacağam. Emosiyalarla dolu gözəl idman mübarizəsi göstərməyə çalışacağıq! Rəqib təcrübəlidir və o mənə xeyli problem yaşadacaq. Amma mən belə mübarizəni sevirəm”.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More