“Argentina Prezidenti Xavyer Miley tərəfindən yeridilən siyasət utopikdir və onun ölkəsini fəlakətə aparacaq”.
Oxu.Az-ın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu sözləri iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Ceyms Robinson deyib.
Robinsonun sözlərinə görə, Mileyin siyasəti qeyri-realdır və cəmiyyətlə qəti şəkildə uyğunlaşmır. Bundan əlavə, o vurğulayıb ki, ölkədəki bu iqtisadi vəziyyət struktur problemi deyil, siyasi məsələyə çevrilib.
Qeyd edək ki, noyabrın 1-də Argentina Mərkəzi Bankı, demək olar ki, altı ayda ilk dəfə olaraq uçot dərəcəsini kəskin şəkildə aşağı salıb. Ölkədəki likvidlik vəziyyəti, aşağı inflyasiya gözləntiləri və hökumətin fiskal dayağı nəzərə alınaraq, əsas faiz dərəcəsi 40-dan 35-ə endirilib.
Xatırladaq ki, Xavyer Miley 2023-cü ilin sonunda Argentinada hakimiyyətə gəlib. Özünü azadlıq tərəfdarı adlandıran müstəqil namizəd uzun sürən iqtisadi böhran və onu müşayiət edən güclü inflyasiya fonunda seçilib.