Oksford nümayəndəsi: “Azərbaycanın böyük planları var”

“Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) hər şeyin düşünülmüş, rahat olması mənim və həmkarlarımın çox xoşuna gəlib”.

Bu barədə COP29-da Britaniya nümayəndə heyətinin üzvü, Oksford Universitetinin elmi işçisi, doktor Ana Natsvalovayte Bakıda keçirilən konfransın təşkili ilə bağlı Oxu.Az-a təəssüratlarını bölüşərkən bildirib.

Konfransdan gözləntilərdən danışarkən o, əsas məsələlərdən biri olan maliyyənin həll olunacağına ümidini ifadə edib.

Ekspertin sözlərinə görə, bu, qlobal istiləşmə və iqlim dəyişikliyi problemlərinin digər aspektlərinə diqqət yetirməyə imkan verəcək.

Oksford nümayəndəsi Azərbaycanın bu istiqamətdəki səylərini yüksək qiymətləndirib.

“Görürəm ki, sizin böyük planlarınız var və bu çox gözəldir, çünki qonşularınızı, nəticə etibarilə ətrafınızdakı hər kəsi dəyişmək imkanınız var. Siz, xüsusilə də COP29-a ev sahibliyi etdiyiniz cari ildə buna çox əmək sərf etmisiniz”, – deyə o, sözlərini yekunlaşdırıb.

Rufina Abdullayeva

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More