Mauro İkardi övladlarını geri almaq üçün Vanda Naranı məhkəməyə verib

“Qalatasaray” klubunun ulduz futbolçusu Mauro İkardi qızlarının vəkalətini almaq üçün Vanda Naranı məhkəməyə verib.

Oxu.Az xəbər verir ki, Mauro İkardi Vanda Nara ilə görüşmək üçün Argentinaya gedib. Cütlüyün görüşdüyü binaya Vanda Naranın yeni sevgilisi L-Gantenin girişi qadağan edilib.

Argentina mediasında yayılan xəbərlərə görə, İkardi uşaqların vəkalətini almaq üçün keçmiş həyat yoldaşı ilə dalaşıb.

Daha sonra əldə olunan məlumata görə, İkardi Vanda Naraya “Instagram” səhifəsindən ona yazdığı mesajı paylaşdığı üçün əlaqəni kəsəcəyini bildirib.

Qeyd edək ki, Argentina mediasında yayılan xəbərlərə görə, İkardinin ölkəsinə səfərinin səbəbi Vanda Naranın L-Gantedən hamilə olmasıdır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More