Ölkəmizin ev sahibliyi etdiyi COP29 çərçivəsində Azərbaycana gələn turistlərin sayı daha da artıb.
Onlar tədbirdə iştirak etməklə yanaşı, milli-mənəvi dəyərlərimizə – musiqimizə, yeməklərimizə də böyük maraq göstərirlər.
Baku TV Bakıya gələn turistlər arasında sorğu keçirərək onların təəssüratlarını öyrənib.
Onlar bildiriblər ki, dünyanı narahat edən qlobal məsələlərin Bakıda müzakirə olunması Azərbaycana olan inamı göstərir.
Turistlər, həmçinin paytaxtımızın arxitekturasını, eləcə də yeməklərimizi çox bəyəndiklərini vurğulayıblar.
“Bakıya ilk dəfədir gəlirəm. Yeməklərinizi çox sevirəm. Küçələriniz çox təmizdir. Dəniz sahilində binaların tikilməsi Bakıya xüsusi gözəllik verir”, – deyə turistlərdən biri söyləyib.
Daha ətraflı videosüjetdə:
Bakıya gələn turistlərlə maraqlı reportaj