Mikayıl Cabbarov Lorenzo Simonelli ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində “Baker Hughes” şirkətinin sədri və baş icraçı direktoru Lorenzo Simonelli ilə görüşüb.

Oxu.Az xəbər verir ki, o bu barədə özünün “X” hesabında bildirib:

“Ölkəmizin yaşıl gələcəyinə şirkətin verə biləcəyi töhfələr, dayanıqlı biznes modellərinin formalaşdırılması, emissiyaların azaldılmasına yönəlik fəaliyyət və müasir texnologiyaların tətbiqi ilə hasilatda səmərəliliyin artırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik. SOCAR ilə tərəfdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirdik”.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More