İran XİN: “Ermənistanla mümkün qədər əlaqələri genişləndirməyə hazırıq”

“İran hər iki ölkəni maraqlandıran bütün sahələrdə Ermənistanla əlaqələri mümkün qədər genişləndirməyə hazırdır”.

Oxu.Az “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Seyid Abbas Əraqçı erməni həmkarı Ararat Mirzoyanla telefon danışığı zamanı deyib.

Qeyd olunur ki, söhbət zamanı erməni nazir regional hadisələrlə bağlı İrəvan və Tehran arasında məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini qeyd edib.

Mirzoyan iranlı həmkarını Ermənistana səfərə dəvət edib.

Tərəflər ikitərəfli münasibətləri inkişaf etdirmək və regional məsələlər üzrə hərəkətləri əlaqələndirmək üçün müntəzəm məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More