UEFA Millətlər Liqasında 5-ci tura start verilib.
Oxu.Az xəbər verir ki, A Liqasının 2-ci qrupunda Fransa millisi İsraili qəbul edib.
Matç qolsuz bərabərliklə başa çatıb – 0:0.
Bu matçdan sonra Fransa 10 xalla ikinci yerdə qərarlaşıb. İsrail bir xalla sonuncu pillədədir.
Qeyd edək ki, günün digər oyunlarında Sloveniya öz meydanında Norveçə uduzub – 1:4, Şimali Makedoniya isə ev matçında Latviyadan üstün olub – 1:0. Farer adaları səfərdə Ermənistana qalib gəlib – 0:1. Həmçinin, Qazaxıstan öz azarkeşləri qarşısında Avstriyaya 0:2 hesabı ilə uduzaraq aşağı liqaya düşüb.