“Münaqişədən və iqlim böhranından təsirlənən ölkələr adambaşına ən aşağı məbləğdə iqlim maliyyəsi alırlar”.
Oxu.Az xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyinin enerji və davamlılıq məsələləri üzrə köməkçisi Abdulla Balalaa COP29 konfransı çərçivəsində keçirilən “İqlim və Sülh: Heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı yüksəksəviyyəli paneldə çıxışı zamanı deyib.
O bildirib ki, ölkəsində davamlı qida və su sistemlərinə, bərpaolunan enerjilərə, təkmil sosial müdafiə mexanizmlərinə və gözlənilən fəaliyyət sistemlərinə nail olmaq nümunələri var:
“Bu gün Bakı çağırışı bizə aydın mesaj verir ki, iş vahid cəbhə ilə davam etməlidir. Bakı qovşağının əməkdaşlığı COP sədrlikləri və liderləri arasında bu sahədə əməkdaşlığı sülhü, rahatlığı və bərpanı təmin edən nəcib xüsusiyyətdir və gələcək COP-ların əsas diqqət mərkəzində olacaq. BƏƏ tərəfdən, biz iqlim relyefi, bərpa və sülh bəyannamələri üçün nəticələri irəli sürmək üçün qovşaq vasitəsilə işləyəcəyik”.
Mərahim Nəsib