Erlinq Holand futbol əfsanəsi Dieqo Maradonanı geridə qoydu

Norveç millisinin futbolçusu Erlinq Holand tarixi uğura Dieqo Maradonanı geridə qoyaraq imza atıb.

Oxu.Az xəbər verir ki, 24 yaşlı forvard buna Millətlər Liqasında Sloveniya ilə səfər matçında nail olub.

Holand millidə 38-ci oyunda 35-ci qolunu vurub. O bununla da argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanı geridə qoyub. Cənubi amerikalı seçmə komandada 91 matçda 34 qol vurmuşdu.

Norveçli bu mövsüm klub və milli səviyyəsində 21 oyunda 19 qol və bir assistlə yadda qalıb.

Qeyd edək ki, Sloveniya – Norveç qarşılaşmasında qonaqlar 1:4 hesabı ilə qalib gəliblər.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More