Muxtar Babayev: “Biz COP29-da bunu davam etdirməyə çalışırıq”

“İqlim dəyişikliyində hüquq-mühafizə orqanlarının səlahiyyətlərinin artırılması ekoloji cinayətlərə qarşı mübarizəni gücləndirəcək”.

Oxu.Az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması” adlı yüksəksəviyyəli sessiyada deyib.

Onun sözlərinə görə, COP28-də hüquq-mühafizə orqanlarının rolu yüksək qiymətləndirilib:

“Biz COP29-da da bunu davam etdirməyə çalışırıq. Missiyamız aydındır. Ekoloji cinayətlər, heyvan və dəniz canlıların iqlim dəyişikliyinə təsiri, ekosistemlə bağlı tədbirlər aparmaq. Hüquq-mühafizə orqanları olmasa, təbii irsimizi qorumaq çətin olacaq.

Məhərrəm Əliyev



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More