Lənkəranda zəncirvari qəzada altı maşın əzilib

Lənkəranda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi xəbərə görə, hadisə Lənkəran şəhərinin “Böyük bazar” adlanan ərazisində qeydə alınıb. Avtomobil idarəetmədən çıxaraq ətrafda olan digər maşınlara çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, altı minik avtomobilinə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More