UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupunda 5-ci turun oyunu keçirilib, Portuqaliya və Polşa milliləri qarşılaşıblar.
Oxu.Az xəbər verir ki, Portodakı “Draqau” stadionunda keçirilən oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 5:1.
Bu oyunda Kriştianu Ronaldu dubl və məhsuldar ötürmə edib (72, 87). Portuqaliya millisinin heyətində Rafael Leau (59), Brunu Fernandeş (80) və Pedru Netu (83) hərəyə bir qola imza atıblar. Qonaqların yeganə qolunu müdafiəçi Dominik Marçuk (88) vurub.
Qrup mərhələsinin beş turundan sonra Portuqaliya millisi 13 xal toplayıb və birinci yerdədir. Polşa dörd xal qazanaraq üçüncü yerdədir. Bu kvartetdə, həmçinin Xorvatiya (yeddi xal) və Şotlandiya (dörd xal) komandaları yer alır.
Günün digər oyununda Şotlandiya öz meydanında Xorvatiyaya qalib gəlib (1:0).