“COP29 Sədrliyi və ev sahibi ölkəsi Azərbaycanın baxış və dəstəyi Rəqəmsallaşma Gününü mümkün etdi”.
Oxu.Az xəbər verir ki, bu sözləri yaşıl rəqəmsal fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masada çıxışı zamanı Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Dorin Boqdan-Martin deyib.
“Yaşıl rəqəmsal fəaliyyət üçün bu önəmli məqam bizi rəqəmsal texnologiyaların ətraf mühitə təsirini azalda biləcəyimizə, iqlim böhranı ilə mübarizədə onların danılmaz potensialından istifadə edəcəyimizə dair ümumi inancla irəli aparacaq. Gəlin COP30-a qədər yaşıl rəqəmsal gücümüzü və onunla birlikdə gələcək nəsillər üçün daha davamlı rəqəmsal gələcəyimizi qurmağa davam edək”, – o əlavə edib.
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev isə çıxışında rəqəmsal texnologiyaların önəminə diqqət çəkib:
“Bu texnologiyalar xüsusilə iqlim monitorinqi, erkən xəbərdarlıq sistemləri və iqlim çağırışlarına davamlılığın yaradılması kimi sahələrdə BMT-nin “Davamlı inkişaf üzrə 2030 gündəliyi”nə nail olmaq istiqamətində mühüm hərəkətverici qüvvədir”.
Aygün Mirakif