Muhammet Kasim Gönüllü: “Rəqəmsal texnologiyalar sahəsinə KOB-ları cəlb etmək lazımdır”

“Rəqəmsal texnologiyaların inkişafı bizim həyatımızda çox böyük rol oynayır”.

Oxu.Az xəbər verir ki, bu sözləri Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masada çıxışı zamanı Türkiyənin sənaye və texnologiya nazirinin müavini Muhammet Kasim Gönüllü deyib.

O bildirib ki, rəqəmsal texnologiyaların inkişafına töhfə vermək üçün Türkiyədə texnoparklar fəaliyyət göstərir:

“Biz rəqəmsal infrastrukturun qurulmasına töhfə verməyə çalışırıq. Bu istiqamətdə işlər gücləndirilməlidir. Həmçinin, savadsızlığın artırılması istiqamətində iş prinsiplərini həyata keçiririk. Burada, bütün sektorlarda olduğu kimi, kiçik və orta biznesləri, sahibkarları da prosesə cəlb etmək lazımdır. Biz Yaşıl Rəqəmsal Gündəlikdən böyük töhfələr əldə etməyi gözləyirik. Bu, COP30-dakı hədəflərə çatmaq üçün önəmlidir”.

Aygün Mirakif

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More