Məşhur rusiyalı aktrisa vəfat etdi

Məşhur rusiyalı aktrisa Svetlana Svetliçnaya 84 yaşında dünyasını dəyişib.

Oxu.Az-ın News.ru-ya istinadən xəbərinə görə, bu barədə kino tənqidçisi Susanna Alperina özünün sosial şəbəkə hesabında məlumat verib.

“Svetlana Svetliçnaya həyatdan getdi. Mənə Slava Şmırov (kino tənqidçisi – red.) yazdı. SSRİ-nin ilk gözəli. “Mən günahkar deyiləml! O, özü gəldi!” frazası onu bütün həyatı boyu təqib etdi. İndi deyərdilər ki, memə çevrildi”, – deyə Alperina yazıb.

Qeyd edək ki, Svetliçnayanın filmoqrafiyasına onlarla film daxildir ki, onlardan ən məşhur olanlar “Brilyant əl”, “Baharın on yeddi anı”, “Görüş yerini dəyişmək olmaz”, “İlahə: Mən necə sevdim” və s.-dir.

Məşhur rusiyalı aktrisa vəfat etdi


Məşhur rusiyalı aktrisa vəfat etdi




Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More