Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) altıncı günündə Yaşıl Zonada “2024 İqlim Elmi Olimpiadası: Gənclərin innovativ ideyalarının təqdiri” adlı tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə Cek Kul, Morgan Koul və Dip Şanmuqam çıxışlar edərək olimpiada haqqında məlumat verib, müxtəlif müzakirələr ediblər.
“İqlim Elmi Olimpiadası Mərasimi 2024-cü ildə dünyada 37.5 min gənci və 2021-ci ildə yarandığı gündən etibarən 150 mindən artıq gənci özündə birləşdirən iqlim müsabiqəmizdə önə çıxan 3 ən yaxşı həll yolunu nümayiş etdirib” – deyə bildirilib.
Qeyd edək ki, təqdimat “Ted-Talk” üslubunda keçirilib.
Xanım Aydın