Doqquz yaşlı Şəlalənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Nuranə Abdullayeva məlumat verib.
O bildirib ki, övladı fevralın 12-də ağır yanıq xəsarətləri alıb:
“Şəlalənin doqquz yaşı var, o, fevral ayında üzərinə qaynar su tökülərək ağır yanıq xəsarətləri alıb. Biz həmin dövrdə Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Orada bir müddət müalicə aldıq, sonra əməliyyat olundu. Evimizə çıxdıq. İmkanımız olmadığı üçün də uşağın müalicələrini vaxtlı-vaxtında edə bilmədik”.
Nuranə Abdullayeva bildirib ki, övladının yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var:
“Həkimlə danışmışıq, Bizim 700 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını, övladımı bu ağrılardan qurtarmağı xahiş edirəm”.
Ailə ilə əlaqə: (070) 872-36-92.
Bank Respublika: 5235 2222 3594 3723.