Bakıda Frank Peloniyə qarşı etiraz aksiyası keçirilir

Bakıda səfərdə olan ABŞ konqresinin ermənipərəst nümayəndəsi Frank Peloniyə qarşı etiraz aksiyası keçirilir.

“Report” xəbər verir ki, “Baku Marriott Hotel Boulevard”ın qarşısında keçirilən aksiyada vətəndaş cəmiyyəti nümayəndələri iştirak edirlər.

Aksiya iştirakçıları Peloninin Azərbaycan xalqından üzr istəməsini, dünənki dinc aksiya zamanı zorakılığa yol vermiş mühafizəçilərinə cinayət işinin açılmasını, Peloninin Azərbaycana qarayaxma kampaniyalarına görə cavab verməsini tələb edirlər.

Qeyd edək ki, ötən gün də F.Peloninin ermənipərəst mövqeyinə və lobbiçilik fəaliyyətinə görə etiraz aksiyası keçirilib.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More