Çiğdem Karaaslan: “Bütün dünyanın gözü Bakıya və buradan çıxacaq qərarlara dikilib”

“Dünyanın ən böyük tədbirlərindən birinə – COP29-a yüksək səviyyədə ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkür edirik. Çünki həqiqətən də burada möhtəşəm işlər görülüb. Bu da əbəs deyil, bütün dünyanın gözü Bakıya və buradan çıxacaq qərarlara dikilib”.

Bunu COP29 sammiti zamanı Oxu.Az-a özəl müsahibəsində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, Samsun millət vəkili Çiğdem Karaaslan deyib.

O bildirib ki, hazırda dünyanın üz-üzə qaldığı iqlim böhranı ilə mübarizə aparılır:

“İqlim problemi artıq hamımızın ölkəsində yaxından hiss etdiyi və hər birimizə təsir edən problemə çevrilib. Bir var dünyanı çirkləndirən ölkələr, onlar inkişafını tamamlayıb, bir var inkişaf etməkdə olan ölkələr, bir də var iqlim dəyişikliyindən ən çox zərər çəkən kiçik ada dövlətləri. Burada bütün dünyada yaşayan insanlar olaraq yeni siyasi xətt tutmaq, istehsal və ixracat baxımından səylərimizi dəyişdirmək məcburiyyətindəyik. Yerli və bərpaolunan enerjidən daha çox istifadə etməli və dünyanı daha az çirkləndirməliyik. Ümid edirəm ki, COP29-da müzakirə edilən bu məsələlər real addımlarla nəticələnər. Çünki buna böyük ehtiyac var. Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan hər platformada “daha ədalətli bir dünya” şüarı ilə çıxış edir. Biz də daha ədalətli bir dünyaya inanırıq, iqlim ədaləti bu mənada çox önəmlidir. Bir neçə ölkənin təşəbbüsünə tərk edilməyəcək məsələdir. Lakin dünyanı çirkləndirdiyi üçün tarixi məsuliyyəti olan ölkələrin bu məsələyə xüsusi ilə dəstək verməsi lazımdır”.

– Bütün bunlara baxmayraq, bəzi ölkələr dünyanın narahat edən məsələlərin müzakirə edildiyi bu sammiti siyasiləşdirdi. Fransa və Ermənistan isə burada xüsusilə fərqləndi. Bunu necə dəyərləndirirsiniz?

– Hər şeydən əvvəl bu tədbirdə iştirak etmək lazım idi. Çünki hamımız bu planetin bir parçasıyıq. Ortaq evimizdə bu durumla bağlı hər birimizin söyləməli fikirləri və həyata keçirməli olduğumuz siyasətlər var. Bu baxımdan Bakıda COP29-da iştirak etmək lazım idi.

– Azərbaycan-Türkiyə münasibətləri bu mövzu da daxil bütün dünyaya örnəkdir. Ölkələrimiz əksər məsələlərdə ortaq fikirdədir. Bu istiqamətdə Azərbaycan – Ermənistan sülh danışıqlarını da qeyd etmək yerinə düşər. Azərbaycan sülh sazişi üçün bu ölkəyə konstitusiyasını dəyişdirmək, sənəddən ölkələrimizə ərazi iddiaları ehtiva edən maddələrin çıxarılması tələbi irəli sürüb. Türkiyə bu məsələdə də Azərbaycanı dəstəkləyir. Amma Ermənistan sülhə daha bir addım atmaq üçün Azərbaycanın təklifinə müsbət cavab verməyərək, COP29-da iştirak etmədi. Belə olan halda, sülh danışıqlarını indi və gələcək perspektivdə necə dəyərləndirirsiniz?

– Azərbaycan – Türkiyə münasibətləri bütün dünyaya örnəkdir. Biz hər mövzuda – zəfərlərimizdə də, pis günlərimizdə də bir millət, iki dövlət olmağı nümayiş etdirmişik. Lakin işğal edilən ərazilərin azadlığa qovuşmasından sonra əldə etdiyi nəticələri, bərpa və quruculuq işlərini yaxından izləyirik. Bu ərazilərdə hətta yaşıl enerjiyə keçidlə bağlı görülən işləri gördüyümüzdə qürur duyuruq. Bu baxımdan, sülh üçün atılan bütün addımlarda, dünyanın üzləşdiyi bütün böhranlarda Azərbaycanla bir yerdəyik. Prezidentimiz Rəcəb Tayyib Ərdoğan bu baxımdan liderlər sammitində Qəzzada yaşanan cinayətləri də dilə gətirirdi. Çünki gələcək nəsillər üçün daha ədalətli dünyadan danışırıq. Bu istiqamətdə regional və beynəlxalq məsələlərdə Azərbaycan və Türkiyənin önəmli güc oldğuna inanıram. Allah əbədi etsin.

Mərahim Nəsib

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More