“Haber Global”: COP29 çərçivəsində “Futbol Klublarının İqlim Alyansı” yaradılıb

Bakıda COP29 məkanında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının dəstəyi ilə Azərbaycanın “Qarabağ” klubu və Avropa Klublar Assosiasiyasının birgə təşkilatçılığı ilə yeni yaradılmış “Futbol Klubları İqlim Alyansı”nın təqdimatı keçirilib.

Oxu.Az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Alyansa “Qarabağ”dan başqa, İngiltərənin “Liverpul” və “Tottenhem”, İspaniyanın “Atletiko Madrid” və “Betis”, İtaliyanın “Udineze”, Portuqaliyanın “Portu”, Braziliyanın “Flamenqo” və İsveçin “Malmö” klubları daxildir.

Həmçinin, alyansa Türkiyədən “Qalatasaray” və “Fənərbağça” komandaları qatılıb.

Təqdimat tədbirində baş məşqçi Fatih Terim də xüsusi qonaq qismində iştirak edib. Tədbirdə iştirak edən rəsmilər “Futbol Klublarının İqlim Alyansı”nın yaradılması ilə bağlı bəyannamə imzalayıblar.

Alyansda iştirak edən komandalar iqlim məsələsinə daha çox həssaslıq göstərəcək və bununla bağlı layihələr həyata keçirəcəklər.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More