İsrailin baş naziri Benyamin Netanyahunun iqamətgahına atəş açılmasından sonra üç nəfər saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə “The Times of Israel” polisə istinadən məlumat yayıb.
Baş nazirin evinin yaxınlığından atılan iki raket həyətə düşüb. “The Times of Israel” yazır ki, hadisə nəticəsində dağıntı olmayıb. Raketin buraxılışı zamanı Netanyahu və ailəsi evdə olmayıb.
Xatırladaq ki, oktyabrın ortalarında da İsrail baş nazirinin iqamətgahı pilotsuz uçan aparatən (PUA) hücumuna məruz qalmışdı.