Kino ulduzundan qəribə etiraf

Tanınmış kino ulduzu Denzel Vaşinqton bugünlərdə “The Sunday Times”ın jurnalistlərinə müsahibə verib.

Oxu.Az xəbər verir ki, söhbət zamanı aktyor qəribə etiraf edib. O bildirib ki, heç bir filminə tam baxmayıb.

Sənətçinin sözlərinə görə, özünün iştirakı ilə filmlərə baxanda səhvlərini, qeyri-dəqiqliklərini görməyə başlayır.

“Ekranda bütün səhvlərinizi görürsünüz. Özünüzə “niyə bunu etdim?” sualı verirsiniz”, – deyə aktyor izah edib.

Denzel Vaşinqtonun son filmi baş rolda oynadığı Ridli Skottun “Qladiator 2” ekran əsəridir. Filmdə aktyor Roma imperatoru Makrinusun rolunu canlandırıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More