Latviya əhalisini itirməkdə davam edir.
Oxu.Az xəbər verir ki, bu barədə Delfi.lv ölkənin Mərkəzi Statistika İdarəsinin məlumatlarına istinadən bildirib.
“Bu il oktyabrın 1-ə olan məlumata görə, Latviyanın əhalisi 1,857 milyon nəfər olub. Bu, 2024-cü il yanvarın 1-i ilə müqayisədə 15,1 min nəfər azdır”, – deyə statistika idarəsindən bildirilib.
Qurumun məlumatına görə, yanvar-sentyabr aylarında yeni doğulanların sayı azalmaqda davam edib, bu dövrdə 10 mindən az körpə doğulub. Cəmi 9 716 doğuş olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,7% azdır.