COP29-un səkkizinci günü: Mavi Zonada tədbirlərə start verildi

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) səkkizinci günündə Mavi Zonada müxtəlif yerli və beynəlxalq təşkilatların tədbirlərinə start verilib.

Oxu.Az bildirir ki, hazırda “Mercy For Animals” mətbuat konfransı keçirir. Həmçinin, Fermerlərin gündəlik koordinasiya yığıncağı, İqlim dəyişikliyi üzrə beynəlxalq yerli xalqlar forumu, RINGO-nun gündəlik koordinasiya görüşləri, İnnovativ mühit və resursların idarə olunması üçün Aralıq dənizi Əməkdaşlığının müzakirələri, YOUNGO-nun iclası, ENGO-CAN təşkilatlarının gündəlik koordinasiya iclası, TUNGO Həmkarlar İttifaqı Qeyri-Hökumət Təşkilatlarının tədbiri keçirilir.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More