İtaliya millisi 41 ildən sonra antirekorda imza atıb

UEFA Millətlər Liqasının VI turunda Fransa millisinə doğma meydanda 1:3 hesabı ilə məğlub olan İtaliya seçməsi 41 il sonra ilk dəfə evdə keçirdiyi oyunda 2 və ya daha çox top fərqi ilə məğlub olub.

Oxu.Az xəbər verir ki, Apennin təmsilçisi Milandakı görüşə qədər son belə məğlubiyyətini AVRO-1984-ün seçmə mərhələsində yaşamışdı – 1983-cü il oktyabrın 15-də İsveç millisi İtaliyadan 3:0 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, İtaliya millisi A liqasının 2-ci qrupunda ikinci yeri tutub. 13 xal toplayan Apennin təmsilçisi məhz son məğlubiyyətinə görə eyni xalı olan Fransadan geri qalıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More