İngiltərə millisinin hücumçusu Harri Keyn İrlandiya ilə görüşdə penaltini dəqiq yerinə yetirərək özünəməxsus rekorda imza atıb.
Oxu.Az xəbər verir ki, Keyn milli komandada və klubda ardıcıl 23 penaltini dəqiq yerinə yetirib.
“Bavariya”da çıxış edən forvard Millətlər Liqasının VI turunda İrlandiya ilə görüşün 53-cü dəqiqəsində növbəti dəfə “ağ nöqtə”yə yaxınlaşıb.
11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Keyn 23-cü dəfə penaltini qolla tamamlayıb.
Qeyd edək ki, Harri Keyn sonuncu dəfə Dünya Çempionatı 2022-nin 1/4 finalında penaltini dəqiq yerinə yetirə bilməyib.