COP29-da yüksəksəviyyəli görüş keçirilir

Bu gün Bakıda İqlim Dayanıqlı Gələcək üçün İnsan İnkişafına İnvestisiya üzrə COP29 yüksəksəviyyəli görüş keçirilir.

Oxu.Az xəbər verir ki, görüşdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, elm və təhsil naziri Emin Əmrullayev, xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, səhiyyə naziri Teymur Musayev, səhiyyə nazirinin müavini Nadir Zeynalov, UNICEF-in Tərəfdaşlıqlar üzrə icraçı direktorunun müavini Kitti Van der Heyden və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Tədbirdə bildirilib ki, iqlim dəyişikliyi və onun insan inkişafına təsirlərinin yaratdığı mürəkkəb problemlərin həllinə təcili ehtiyac olduğunu qeyd edərək və bu problemlərin həllində çoxsektorlu yanaşmanın əhəmiyyəti etiraf edilməlidir.

Görüşdə Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq iqlimə dayanıqlılıq üçün insan inkişafı üzrə gündəliyin irəlilədilməsi üzrə ortaq öhdəlik bir daha xatırladılıb.

Məhərrəm Əliyev

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More