Liverpul” rəsmisi: “Ətraf mühitin mühafizəsinə töhfə vermək hər kəsin borcudur

“İlk dəfədir COP29 iqlim konfransında iştirak edirəm. Biz “Liverpul” futbol klubunun icması olaraq karbon emissiyalarının azaldılmasına töhfəmizi vermək və bu problemin həllini gündəmdə saxlamağı vacib bilirik”.

Bu sözləri Oxu.Az-a açıqlamasında İngiltərənin “Liverpul” futbol klubunun İctimai təsir üzrə direktoru Rişi Ceyn deyib.

Klub rəsmisi bildirib ki, “Liverpul” gündəlik fəaliyyətində, istər klubun işçiləri arasında, istərsə də fanatlarla təmasda müxtəlif maarifləndirici tədbirlər həyata keçirir.

“Buraya, misal olaraq, futbol fanatlarının istifadə etdiyi plastik və polietilen məhsullarla əlaqədar edilən tövsiyələr daxildir. Ətraf mühitin mühafizəsinə töhfə vermək hər kəsin borcudur. Burada məsuliyyət təkcə rəsmi qurumların üzərinə düşmür. Hər kəs ətraf mühitin qorunmasında pay sahibi olmalıdır. Bunun üçün ekoloji tərbiyə çox əhəmiyyətlidir”, – deyə Rişi Ceyn vurğulayıb.

Şəhriyar Səmədov

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More