Rusiya millisinin sabiq futbolçusu silahlı hücuma məruz qalıb

Rusiya millisinin keçmiş futbolçusu Vadim Yevseyev Həştərxanda silahla hücuma məruz qalıb.

Oxu.Az xəbər verir ki, bu barədə idman şərhçisi Denis Kazanski məlumat yayıb.

Kazanski Vadim Yevseyevə soyuq silahla – bıçaqla hücum olduğunu bildirib, idmançı yüngül xəsarət alıb.

Qeyd edək ki, Vadim Yevseyev Rusiya 2-ci Liqasının A divizionunda “Leninqradets”in baş məşqçisidir, daha əvvəl isə “Kuban”, “Fakel”, “Şinnik”, “Ufa” və “Ska Xabarovsk” klublarında çalışıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More