Cənnətin anası: “Ağrılarına görə bütün günü ağlayır, təcili əməliyyat olmalıdır”

Səkkiz yaşlı Cənnətin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Zəminə Məlikova məlumat verib.

O bildirib ki, övladı təcili əməliyyat olunmalıdır:

“Cənnətin səkkiz yaşı var. O, qarnındakı yırtığa görə təcili əməliyyat olunmalıdır. Bunun üçün isə lazım olan 1 500 manatın cəmi 200 manatını toplaya bilmişəm. Mənim yoldaşım Cənnətin bir yaşı olanda vəfat edib. Cənnəti dəmir qablar yığıb, sataraq, bir qarnı ac, bir qarnı tox böyütmüşəm. Hazırda bu əməliyyatı qarşılamaq üçün heç cür imkanımız yoxdur”.

Gənc ana övladına dəstək olmaları üçün yardımsevər şəxslərə səslənib:

“İnanın, 1 300 manatı toplamaq imkanım yoxdur. Cənnətin günü-gündən vəziyyəti ağırlaşır, ağrılarına dözə bilmir. Bir ana kimi çox çarəsiz vəziyyətdə qalmışam. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 345-17-61.

Kapital Bank: 4169 7388 0823 9754.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More