Azərbaycan seçmə komandası bu gün UEFA Millətlər Liqası çərçivəsində İsveçin qonağı olacaq.
Oxu.Az xəbər verir ki, rəqib soyuq havanın yaradacağı çətinliyin qarşısını almaq üçün tədbirlər görəcək.
C liqasının 1-ci qrupunda qarşılaşmanı qəbul edəcək “Strauberri” stadionunun oyun zamanı tavanı bağlanacaq. Bunu İsveç Futbol Assosiasiyası açıqlayıb.
Qeyd edək ki, bu, yığmamızın Millətlər Liqasında qrup mərhələsində son oyunu olacaq. Matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.