“Kənd təsərrüfatı ərzaq təhlükəsizliyinin təməli deyil. Bu sahə iqlim adaptasiyası üçün ciddi rol oynayır”
Oxu.Az xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 çərçivəsində keçirilən “Vahid Sağlamlıq Yanaşması: İnsan İnkişafı üçün Sektorlararası Əməkdaşlığın Maksimallaşdırılması” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, kənd təsərrüfatında ziyanlı vasitələri azaltmaq zəruridir:
“Vahid sağlamlıq və vəhdət dayanıqlı gələcəyə aparacaq mühüm amildir. Biz xəstəliklərin azalmasına, biomüxtəlifliyin və sağlam gələcəyin qorunmasına çalışırıq. Kənd təsərrüfatı sağlamlığın əsas nöqtəsidir. Bu baxımdan, vahid sağlamlıq və dayanıqlı inkişaf istiqamətində addımlara çağırış edirəm”.
Mərahim Nəsib