İsrail ordusu “Hizbullah”ın raket bölməsinin komandirini məhv etdi

İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanın cənubundakı “Hizbullah” təşkilatının raket bölməsinin komandiri Əli Tavfik Dueyki məhv edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun Mətbuat Xidmətinin bəyanatında deyilir.

“Dueyk 2024-cü ilin sentyabr ayından ortamənzilli raket bölməsinə komandirlik edib. O, məhv edilmiş əvvəlki komandiri əvəzləyib”, – bəyanatda deyilir.

Mətbuat xidməti qeyd edib ki, Əli Tavfik 300-dən çox raketin Hayfa və İsrailin mərkəzinə doğru atılmasına cavabdehdir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More