“Turizm sektorunda iqlim dəyişikliyinin yaratdığı problemləri aradan qaldırmaq üçün özəl sektorla birlikdə işlər görmək lazımdır”.
Oxu.Az xəbər verir ki bu sözləri BMT-nin Turizm baş katibi Zurab Pololikaşvili COP29-da Turizm Günü çərçivəsində “Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü”ndə çıxışı zamanı deyib.
O bildirib ki, iqlim dəyişikliyi turizmə təsir edir:
“Biz özəl sektorla birlikdə işlər görməliyik. Özəl sektor prosesləri izləməsə, başqa sənayedən danışsa, heç nəyi dəyişmək mümkün olmayacaq.
Həmçinin uşaqlara iqlim dəyişikliyi nə olduğu aşılanmalıdır. Onlar nə etməli olduqlarını bununla bilməlidirlər. Məhz bu səbəbdən bizim təşkilatda təhsildə maarifləndirməyə önəm verilir. Uşaqların iqlim dəyişikliyi barədə məlumatlanmasının nəticəsini biz 10-15 il sonra görəcəyik”.
Aygün Mirakif