UNEP-in icraçı direktoru: “Turizm iqlim dəyişikliyinin qurbanıdır”

“2023-cü ildə emissiyalarımız azalmaq yerinə 1.3% artdı ki, bu bizim eşitmək istədiyimi xəbər deyildi”.

Oxu.Az xəbər verir ki, bu sözləri UNEP-in icraçı direktoru İnger Andersen COP29-da Turizm Günü çərçivəsində “Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü”ndə çıxışı zamanı deyib.

O bildirib ki, 2030-cü ilə qədər görüləcək ən vacib iş emissiyaların 41% azaldılmasıdır.

“Biz 1.5 dərəcədə qalmaq istəyiriksə, 5 il içərisində emissiyaları azaltmaq lazımdır. Lakin bunu etmək qismən mümkün olacaq. Çünki turizm sektorunun qlobal emissiyalarda 8.8 faizlik məsuliyyəti var. Qlobal emissiyaların 70%-i nəqliyyatdan qaynaqlanır. Turizm isə iqlim dəyişikliyinin qurbanıdır”.

Ötən gün Xəzər dənizinin və digər yerlərin səviyyəsinin aşağı düşməsindən bəhs edən hesabat yaydıqlarını xatırladan İnger Andersen qeyd edib ki, sahil və dəniz özlüyündə turizmin 50%-ni təşkil edir:

“Biz eyni dəniz səviyyəsinin yüksəldiyi dəniz, sahil istiqamətlərində nələrin baş verdiyinin də şahidi olduq. Əslində sahil və dəniz özlüyündə turizmin 50%-ni təşkil edir. Bura insanların davamlı səyahət etdiyi yer olduğu üçün ÜDM-ə təxminən 4.6 trilyon dollar töhfə verirlər. Bu isə inkişaf etməkdə olan dövlətlər üçün mühüm əhəmiyyət kəsb edir”.

Aygün Mirakif

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More