“Bugatti” sürətə meydan oxuyur: Yeni hədəf – 500 km/saat

“Bugatti” əldə etdiyi nailiyyətlərlə kifayətlənmir. “Mistral” modeli ilə qanadları olmayan avtomobillər üçün sürət rekordu (453 km/saat) əldə etdikdən sonra, şirkətin baş direktoru Mate Rimac 500 km/saat (310 mil/saat) sürət həddini keçmək kimi yeni iddialı hədəfi elan edib.

Oxu.Az-ın “Top Gear”ə istinadən verdiyi məlumata görə, “Papenburg” (Almaniya) trekində “Mistral”ın sınaqları zamanı Rimac “Michelin”in mühəndisləri ilə aktiv müzakirələr aparıb.

Müzakirənin mövzusu 500 km/saat-dan yuxarı sürətlərdə həddindən artıq yükə davam gətirəbilən təkərlər olub.

Yeni rekorda “W16” mühərriki ilə hibrid sistemlə təchiz edilmiş 1800 at qüvvəsində “Bugatti Tourbillon” hiperkarı ilə çatmağı planlaşdırırlar.

Lakin “Bugatti” “Volkswagen Group”dan ayrıldıqdan sonra şirkət əvvəllər “Veyron” və “Chiron”la rekordların əldə olunduğu “Ehra-Lessien” trekinə çıxışını itirib.

Rekord yürüşü üçün mümkün məkanlar arasında “Papenburg”, Floridadakı (ABŞ) “Kennedy” Kosmik Mərkəzinin uçuş-enmə zolağı və ya “Koenigsegg”in etdiyi kimi ümumi istifadədə olan yolun müvəqqəti bağlanması nəzərdən keçirilir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More