Trampın vəzifəyə təyin etdiyi İlon Mask: “Bir çox qərarlar məndən xəbərsiz qəbul edilir”

Yeni ABŞ Administrasiyasının Nazirlər Kabinetinin tərkibi ilə bağlı bir çox kadr qərarları sahibkar İlon Maskın iştirakı olmadan və onunla hər hansı məsləhətləşmə həyata keçirilmədən qəbul edilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Mask özünün “X” sosial şəbəkə hesabında yazıb.

Məsələyə aydınlıq gətirmək üçün qeyd edib ki, o, Nazirlər Kabinetinə bəzi namizədlərlə bağlı öz fikrini bildirib, lakin bir çox hallarda namizədlərin seçimi ondan xəbərsiz baş tutub.

“Qərarlar 100% prezident tərəfindən verilir”, – deyə Mask bildirib.

Bundan əlavə, o, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın yanında vaxt keçirməkdən həzz aldığını qeyd edib. Belə ki, Maskın sözlərinə görə, Trampın bircə dənə də olsun pis iş gördüyünə şahid olmayıb.

Xatırladaq ki, Donald Tramp İlon Mask və keçmiş prezidentliyə namizəd, sahibkar Vivek Ramasvaminin yeni Hökumət Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik etmələri ilə bağlı qərar qəbul edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More