Mariya Zaxarova: “NATO qüvvələrinin Ukraynada peyda olması bütün dünya üçün fəlakətlə nəticələnəcək”

“NATO qüvvələrinin Ukraynada peyda olması bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxaracaq və alyansın Rusiyaya qarşı müharibəyə qoşulması demək olacaq”.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Maria Zaxarova bu gün keçirilən brifinqdə bəyan edib.

Diplomat Estoniyanın xarici işlər naziri Marqus Tsaxknanın “Rusiya ilə sülh sazişini möhkəmləndirmək üçün Avropa ölkələrinin hərbi qüvvələrinin Ukraynaya göndərilməsinin zəruriliyi” barədə bəyanatını şərh edib.

“Mən başa düşmürəm, bəlkə onlara çatmır ki, Ukrayna ərazisində NATO kontingentlərinin peyda olması alyansın ölkəmizə qarşı müharibəyə qoşulması demək olacaq, biz bunu onlara dəfələrlə demişik, axı bu təkcə Avropa üçün deyil, bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxaracaq”, – deyə Zaxarova bildirib.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More