Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qalantı Qəzzada mümkün hərbi cinayətlər törətməkdə ittiham edərək həbsinə order verib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin yaydığı press-relizdə bildirilib.
Məlumata görə, məhkəmə, həmçinin, HƏMAS komandiri Məhəmməd Əd-Deyfin də həbsinə order verib.