İsrail hərbçiləri Qəzza zolağında Fələstinin “İslami Cihad” radikal hərəkatının silahlı birləşmələrinin tərkibində raket qüvvələrinin komandiri Xalid Əbu Dəqqanı məhv ediblər.
Oxu.Az-ın məlumatına görə, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Əbu Dəqqa Qəzza zolağının mərkəzi hissəsində Deyr əl-Bələhdəki humanitar zonada fəaliyyət göstərib.
“O, İsrail mülki şəxslərinə və SAXAL hərbçilərinə qarşı hücumların rəhbəri olub. Ötən il oktyabrın 7-dən etibarən isə Əbu Dəqqa İsrailin cənub yaşayış məntəqələrinə raket hücumlarını təşkil edib”, – deyə məlumatda vurğulanıb.