Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin – YENİ TƏKLİF

“Mən onun tərəfdarıyam ki, 3 uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin. Belə olarsa, 3 uşaqdan yuxarı olan ailələr sosial yardım ala bilərlər. Bununla bağlı təkliflər var. Həmin təkliflər hazırda müzakirə olunur”.

Bunu “Qaynarinfo”ya açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev deyib.

Deputat 2025-ci ilin dövlət büdcəsinin 41% sosial sahəyə yönəldildiyini vurğulayıb:

“21 müavinət növü var, onun 13-ü uşaqlarla bağlıdır. Əslində, elə onlar uşaq puludur. Məsələn, əlillik, valideynini itirən, valideyni əsgərlikdə olanlar və s. Biz istəyirik ki, bu kateqoriyadan olan müavinətlər də artırılsın”.

Deputat müharibə veteranların təqaüdlərinin 200-300-500 manata qaldırılması ilə bağlı təkliflərin verildiyini xatırladıb:

“Hazırda onlar 80 manat təqaüd alırlar. Biz istəyirik ki, bu təqaüd artırılsın, 200-300-500 manat olsun”.

Deputat 2025-ci ilin dövlət büdcəsində ünvanlı sosial yardımlar, pensiya və müavinətlər, minimum əməkhaqqının da artırılmasının nəzərdə tutulduğunu qeyd edib.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More