Gələn ilin buraxılış imtahanlarında yenilik olacaq – Detallar AÇIQLANDI

“Ötən il hansı model tətbiq olunubsa, yenə də həmin model tətbiq olunacaq”.

Oxu.Az xəbər verir ki, bunu İTV-ə müsahibəsi zamanı Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Afiqə Batıyeva gələn ilin buraxılış imtahanlarında bir sıra dəyişikliklərin olacağı ilə bağlı fikirlərə cavab verərkən deyib.

O, 11-ci siniflərin buraxılış imtahanlarında xarici dil fənləri üzrə imtahan modelində heç bir dəyişiklik edilməyəcəyini bildirib.

Şöbə müdirinin sözlərinə görə, 9-cu siniflərin buraxılış imtahanında oxuyub-anlama, tətbiqetmə bacarıqlarını yoxlamaq məqsədilə 4 mətn istifadə olunacaq.

“Bu yeniliklərdən biridir, burada 3 mətn kiçik – cəmi 1-2 cümlədən ibarət olacaq. Həmin mətnlərin hər biri üzrə bir qapalı suala cavab vermək tələb olunacaq. Bunlardan əlavə bir qədər böyük mətn də var ki, o da oxuyub-anlama və tətbiqetmə bacarıqlarını yoxlamaq üçündür”, – deyə o qeyd edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More