“WhatsApp”dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir

“WhatsApp” mesencerində səsli mesajlarla bağlı yeni funksiya yaranıb.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə şirkətin saytında məlumat verilib.

Bildirilib ki, mesencer səsli mesajların pulsuz transkripsiyası funksiyasını əlavə edib.

Ancaq yeni funksiyanı aktivləşdirmək lazımdır. Bunun üçün “Parametrlər” – “Çatlar” – “Səsli mesajların transkripsiyası” bölməsinə keçib lazımi dil paketi yüklənməlidir. Bundan sonra deşifrə edilməli olan mesaj vurularaq “Transkripsiya et” əmri seçilir.

O da vurğulanır ki, səsli mesajların pulsuz transkripsiyası birbaşa istifadəçinin cihazında həyata keçiriləcək, buna görə də dəstəklənən dillərin siyahısı “Android” və iOS-da fərqli ola bilər.

Funksiya növbəti həftələrdə bütün istifadəçilər üçün pulsuz əlçatan olacaq.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More