COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) iştirakçıları üçün nəzərdə tutulan pulsuz ictimai nəqliyyat xidmətinin sonuncu günü açıqlanıb.

Oxu.Az xəbər verir ki, noyabrın 25-dən etibarən konfrans iştirakçıları artıq avtobus, metro və dəmir yolundan ödənişsiz istifadə edə bilməyəcəklər.

Xatırladaq ki, dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn və COP29 tədbirinə akkreditasiya olunan hər kəs noyabrın 9-dan etibarən paytaxtın ictimai nəqliyyat vasitələrindən pulsuz yararlanmaq imkanı əldə etmişdi.

Bu güzəşt proqramı tədbir iştirakçılarının şəhərdaxili logistikasını asanlaşdırmaq məqsədi daşıyırdı.

Əzizə İsmayılova

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More