Bakıda bir kəsişmədə hərəkətin təşkilində dəyişikliklər edildi

Bakı şəhərinin yol infrastrukturu və hərəkət təhlükəsizliyinin təkmilləşdirilməsi istiqamətində daha bir yenilik həyata keçirilib.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, 8 Noyabr prospekti ilə Qədir Məmmədov küçəsinin kəsişməsində hərəkətin təşkilində dəyişikliklər edilib.

Layihənin icrasından əvvəl, 8 Noyabr prospektindən Qədir Məmmədov küçəsinə sola dönmək mümkün deyildi. Eyni zamanda, Qədir Məmmədov küçəsindən sola dönərək 8 Noyabr prospekti ilə hərəkət etmək mümkün olmurdu.

Yeni layihənin icrasından sonra, işıqfor obyektləri quraşdırılaraq hərəkətin təhlükəsiz və rahat təşkili təmin edilib.

Bu dəyişikliklər nəqliyyat vasitələrinin manevr imkanlarını genişləndirərək, hərəkətin buraxma qabiliyyətinin artmasına və yol-nəqliyyat hadisələrinin qarşısını almağa kömək edəcək.

Qeyd edək ki, hazırda ərazidə nişanlanma işlərinin təşkili davam etdirilir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More