“Mançester Siti”də ildə təxminən 20 milyon avro qazanan Erlinq Holand yol hərəkəti qaydalarını pozduğu üçün İsveçrədə həbs oluna bilər.
Oxu.Az xəbər verir ki, 2023-cü ildə İsveçrədə yol hərəkəti qaydalarını pozduğu üçün, futbolçuya 65 avro məbləğində cəza tətbiq edilib.
Norveçli futbolçu cəriməni bir ildir ödəmədiyindən həbs olunma təhlükəsi ilə üzləşib.
Qeyd edək ki, Erlinq Holand İsveçrəyə qayıdacağı təqdirdə birgünlük həbs olunacaq.