Komfortun yeni səviyyəsi: “İnsanyuyan” MAŞIN ixtira olundu

Yaponiyada “insanyuyan” və “qurudan” maşın ixtira olunub.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə kp.ru xəbər yayıb.

Bildirilib ki, innovativ ixtira gələn ilin yazında “Osaka Kansai Expo” sərgisində nümayiş olunacaq. Tədbirdə bəzi ziyarətçilərə, hətta bu ağıllı cihazın təsirini öz üzərilərində sınamaq şansı veriləcək.

Mütəxəssislər robotexnikanın iş sistemini izah ediblər.

“Maşına quraşdırılmış sensorlar çimənin bir sıra fizioloji parametrlərini (məsələn, təzyiq və nəbz tezliyi kimi) nəzarət edir və süni intellekt onları təhlil edərək maksimum dərəcədə rahatlaşdırıcı təsirə nail olmaq üçün fərdi su temperaturunu seçir. Bir seans 15 dəqiqə davam edir”, – deyə məlumatda qeyd olunub.

Maşının yaradıcısı yaxın zamanda öz cihazlarının ev istifadəsi üçün istehsalına başlayacağına söz verib.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More