“Qalatasaray” yanvar ayında heyətini fransalı hücumçu ilə gücləndirəcək

“Qalatasaray” heyətini yanvar ayında Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubunda çıxış edən Mussa Dembele ilə gücləndirəcək.

Oxu.Az xəbər verir ki, Mussa Dembele yenidən Avropa klubunda çıxış etmək istədiyi üçün “Qalatasaray”ın təklifini qəbul edib.

“Qalatasaray” dəyəri 12 milyon avro olan Mussa Dembele üçün 5 milyon avro ödəyəcək.

Qeyd edək ki, Mussa Dembele bu mövsüm “Əl-İttifaq” forması ilə çıxdığı 12 oyunda üç qol, iki məhsuldar ötürmə ilə yadda qalıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More